Ətraf-mühiti və təbiəti təmiz saxla. Bu, məsuliyyətdir!(Sosial videoçarx)

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Paytaxt və bölgələrdə ərazilərin təmizlik, sanitar-gigiyena qaydalarına riayət olunması polis əməkdaşları tərəfindən daim diqqətdə saxlanılır. Xüsusilə də yerli və xarici ziyarətçilərin ən çox səfər etdikləri işğaldan azad olunan ərazilərdə məişət tullantıları və tütün məmulatlarının tutumlara (urnalara) atılması təşviq olunur, qaydalara əməl etməyən şəxslərə qarşı inzibati tənbeh tədbirləri görülür.

Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir