Tovuzda mal-qaranı ildırım vurub, tələf etdi – FOTOLAR

Hadisə

Tovuzda mal-qaranı ildiım vurub.

Patrul.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. Kənd sakininə məxsus iki iribuynuzlu heyvanı ildırım vuraraq öldürüb.

Tovuzda və Şəmkirdə hökm sürən qeyri-sabit hava şəraiti təsərrüfata da ciddi ziyan vurub.

Tovuzda güclü yağışdan sonra daha çox qarğıdalı və taxıl sahələri seldən zərər çəkib.

Şəmkirdə də güclü külək dağıntılara səbəb olub. Rayonun Sabirkənd kəndində uzun müddət davam edən külək və leysan istixanların örtüklərinə və fermalara ciddi ziyan vurub. Bir necə evin dam örtüyü və dəmir konstruksiyalı hasarlar uçub, evləri su basıb.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir