Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 102info.az-a verilən məlumata görə, paytaxt ərazisində oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Belə ki, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən obyektlərin birindən 800 manat dəyərində mobil telefon oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı S.Salamov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun oğurladığı mobil telefonu sonradan satdığı müəyyən olunub.

Bundan başqa, Sabunçu rayonu ərazisində yerləşən mağazaların birindən 3 ədəd avtomobil mühərrikinin oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 63 yaşlı İ.Səfərov müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində əmlak cinayətlərinin qarşısının alınması və törədilmiş cinayətlərin açılması istiqamətində tədbirlər davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir