Şəki Şəhər Rayon Polis əməkdaşları Anım Gününü bir dəqiqəlik sükutla yad ediblər

Azərbaycan Polisi

27 Sentyabr – Azərbaycanda Vətən müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla anılıb.

Polis əməkdaşları şəhidlərin müqəddəs xatirəsinin daim uca tutulduğunu və onların göstərdiyi qəhrəmanlığın Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildiriblər.

Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz və nurlu xatirəsi daim yaşayacaq.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir