Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

102info.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov avqustun 31-də və sentyabrın 1-də Sumqayıt şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Nazir əvvəlcə Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında vətəndaşların qəbulu keçirilib. Qəbul zamanı ümumilikdə 585 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərinin operativ şəkildə, qanunvericiliyin tələblərinə uyğun həlli və onların məmnunluğunun təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb.

Səfər çərçivəsində daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 458 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Keçirilən qəbul və sıra baxışı vətəndaş müraciətlərinə diqqətin artırılması, eləcə də polis orqanlarında xidmətə qəbul prosesinin şəffaf və müəyyən edilmiş tələblər əsasında həyata keçirilməsinin göstəricisi kimi qiymətləndirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir