Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 47 yaşlı Taryel Qasımov saxlanılıb. Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 55 ədəd narkotik xassəli kol aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir