
Rusiyanın Ukraynanın Odessa limanı yaxınlığında yük gəmisinə endirdiyi zərbə nəticəsində gəmi heyətinin 5 üzvü həlak olub.
Patrul.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Serhiy Koretski məlumat verib.
Onun sözlərinə görə, Qvineya-Bisau bayrağı altında üzən gəmi qarğıdalı yükünü qəbul etdikdən sonra limandan ayrılıb və göyərtəsində Hindistan, Suriya və Ukrayna vətəndaşlarından ibarət 18 nəfərlik heyət olub.
Hadisə ilə bağlı əlavə araşdırma aparılır.
102info.az
