Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlərlə bu əməldə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Şəmşir Əmiraslanov saxlanılıb. Onun üzərinə baxış zamanı 7 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ş.Əmiraslanov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
102info.az
