
Mingəçevirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Patrul.az xəbər verir ki, hadisə Mingəçevir su anbarı ərazisində yerləşən əsas çimərlikdə qeydə alınıb.
İlkin məlumata görə, Goranboy rayon sakini, 24 yaşlı Şəhriyar Mustafayev çimərkən suda boğulub. O, hadisə yerinə cəlb olunan xilasedicilər tərəfindən sudan çıxarılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
102info.az
