Gəncədə yas mərasimində 6 nəfər zəhərləndi – İkisi azyaşlıdır

Hadisə

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Patrul.az Report-a istinadən xəbər verir ki, Abbas Səhət adına Gəncə Birləşmiş Yoluxucu Xəstəliklər şöbəsinə 6 nəfər yerləşdirilib.

Zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilən şəxslər Tapdıq Həsənli (1999), Leyla Hüseynova (1951), Ramil Məmmədov (1982) və Ülviyyə Hacıyevadır (1974).

Bundan başqa, daha iki azyaşlının zəhərləndiyi bildirilir. Azyaşlılar Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.

İlkin məlumata görə, həmin şəxslər yas mərasimində qidadan zəhərləniblər. Faktla bağlı araşdırma başlanılıb.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir