Müdafiə Nazirliyində yeni təyinat

Siyasət

Müdafiə Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib.

Patrul.az Bakupost-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Azər Əliyev Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Azər Əliyev 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi təyin olunmuşdu.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir