Hacıqabul–Bəhrəmtəpə yolunda işıq dirəkləri var, amma gecələr yol qaranlığa qərq olur

Cəmiyyət

Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunda quraşdırılmış küçə işıqlandırma dirəkləri olmasına baxmayaraq, onların heç biri fəaliyyət göstərmir. Nəticədə, yolun bu hissəsi gecə saatlarında tamamilə qaranlıq qalır.

Sürücülərin Patrul.az-a bildirirlər ki, işləməyən işıqlandırma sistemi xüsusilə gecə vaxtı hərəkəti çətinləşdirir və yol-nəqliyyat hadisələri riskini artırır.

Məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsi və işıqlandırma sisteminin bərpası gözlənilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir