Doğum sayında oğlanlar qızları üstələdi – Rəsmi rəqəmlər

Sosial

Bu ilin yanvar-may ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 34056 doğulan körpə qeydə alınıb.

Patrul.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsin (DSK) məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,0-a düşüb.

Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız uşaqları olub. Körpələrdən 1184-ü əkiz, 48-i isə üçəmdir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir