Şəhər rəhbəri müharibə iştirakçıları və aztəminatlı ailənin üzvləri ilə görüşüb

Sosial

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına daim diqqət və qayğı göstərilir. Belə ki, onları narahat edən məsələlərin qısa müddətdə həlli ilə bağlı müvafiq addımlar atılır, sosial rifahının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi işlər həyata keçirilir.

Respublikanın bütün bölgələrində olduğu kimi, Gəncədə də şəhər rəhbəri daim müharibə veteranları və şəhid ailələri ilə görüşlər keçirir, onları narahat edən məsələləri dinləyir. Bu həftə də Niyazi Bayramov Vətən müharibəsi iştirakçıları ilə görüşüb. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Müharibə iştirakçıları onları naharat edən bir sıra məsələləri dilə gətiriblər. Mürəciətlərinin bəziləri yerindəcə həll olunub, digərləri isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Görüşün sonunda Vətən müharibəsi iştirakçıları onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Eyni zamanda Niyazi Bayramov aztəminatlı ailədən olan şəhər sakini Səadət Hüseynova ilə görüşüb, onu narahat edən məsələlərlə maraqlanıb, müraciətini dinləyib.

Uzun illərdir şəkərli diabet xəstəsi olan Səadət Hüseynova maddi vəziyyətinin aşağı olduğunu, 15 ildir aldığı əlillik pensiyasının bir ilə yaxındır dayandırıldığını, bununla əlaqədar olaraq müayinə və müalicələrinin də ləngidiyini bildirib.

Niyazi Bayramov Səadət Hüseynovaya müvafiq köməkliyin göstərilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıq verib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir