20 manatlıq dövlət rüsumu ləğv edilir

Cəmiyyət

Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv ediləcək.

Patrul.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirə olunan “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Belə ki, yeni “Qaz təchizatı haqqında” qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir