“Hər gecə eyni səs-küy, eyni söyüşlər…” – Xırdalanda sakinlərin rahatlığı pozulur

Cəmiyyət

Patrul.az redaksiyasına videogörüntü göndərən vətəndaş bildirib ki, 08.07.2026-cı il tarixində, saat 00:44 radələrində Xırdalan şəhərində “Ayxan” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən “Çinar” restoranının qarşısında narahatlıq yaradan hadisə yaşanıb.

İddiaya görə, restoranda yeyib-içdikdən sonra çölə çıxan bir qrup şəxs restoranın qarşısında səs-küy salaraq mübahisə edib və ətrafda yaşayan sakinlərin gecə istirahətini pozub. Vətəndaş həmin anları videogörüntüyə çəkərək redaksiyamıza təqdim edib.

Unutmaq olmaz ki, əylənmək hər kəsin haqqıdır. Lakin bu hüquq başqalarının rahatlığına, dincliyinə və istirahətinə xələl gətirdiyi anda məsuliyyət məsələsi ortaya çıxır. Xüsusilə gecə saatlarında yaşayış məntəqələrində yüksək səslə mübahisə etmək, dava-dalaş salmaq və ictimai asayişi pozan davranışlar cəmiyyət tərəfindən qəbulolunmazdır.

Xalq arasında belə bir deyim var: “İçə bilmirsənsə, içmə.” Bu ifadə təkcə məişətdə işlədilən söz deyil, həm də insanın öz davranışına nəzarət etməsinin vacibliyini xatırladan bir çağırışdır. Spirtli içki qəbul etmək heç kimə ictimai qaydalara məhəl qoymamaq və başqalarının rahatlığını pozmaq hüququ vermir.

Ümid edirik ki, hər bir vətəndaş ictimai yerlərdə davranış qaydalarına əməl edəcək, ətrafdakı insanların hüquqlarına hörmətlə yanaşacaq və bu kimi halların təkrarlanmasına yol verməyəcək.

Günay Salayeva

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir