Quba RİH-nin başçısı Ziyəddin Əliyev Üçgün kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir

İCRA HAKİMİYYƏTİ Sosial

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Küpçal kənd inzibati ərazi dairəsinin Üçgün kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Quba rayon prokuroru, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbulun əvvəlində torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün qorunması yolunda canlarını fəda etmiş əziz şəhidlərimizin və 6 fevral 2023-cü il tarixdə qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ nəticəsində həlak olmuş şəxslərin xarirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir