
Patrul.az-ın qaynar xəttinə daxil olan şikayətdə vətəndaş bildirir ki, Bakı şəhəri, Fətəli Xan Xoyski küçəsində yerləşən “Bravo” supermarketindən aldığı “Atena” markalı ayranın qapağını açarkən məhsulun kifləndiyini aşkar edib.
Şikayətçinin sözlərinə görə, ayranı azyaşlı övladı içmək üçün açıb. Məhsul istifadədən əvvəl yoxlanıldığı üçün kiflənmə vaxtında müəyyən edilib və uşağın onu qəbul etməsinin qarşısı alınıb.
Vətəndaş bildirir: “Əgər övladım ayranı fərqinə varmadan içsəydi, baş verəcək hər hansı sağlamlıq probleminə görə məsuliyyəti kim daşıyacaqdı?”
Qeyd edək ki, bu iddialar vətəndaşın müraciətinə əsaslanır. Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparacağı və istehlakçı müraciətinə hüquqi qiymət verəcəyi gözlənilir. “Bravo” supermarketlər şəbəkəsinin və “Atena” markasının mövqeyini dərc etməyə hazırıq.
102info.az
