
Türkiyədə qandonduran cinayət hadisəsi baş verib.
Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kırıkkale şəhərinin Çelebi rayonuna bağlı Karaağaç kəndində itkin düşən 55 yaşlı Yusuf Ayanın parçalanmış meyiti evin həyətində yerləşən əlavə tikilinin (tualetin) içərisində basdırılmış vəziyyətdə aşkarlanıb.
Məlum olub ki, hadisə ilə bağlı araşdırmalara başlanılmamışdan əvvəl 25 yaşlı oğlu Ö. Ayan jandarma bölməsinə müraciət edərək atasından bir gündür xəbər ala bilmədiyini bildirib. Lakin dindirilmə zamanı verdiyi ifadələrdə ziddiyyətlər aşkar olunduğundan hüquq-mühafizə orqanlarının əməkdaşları ondan şüphələnərək, axtarışları evdə və həyətdə aparmağa başlayıblar.
İlkin ehtimala görə, axtarış zamanı aşkarlanan kişinin meyiti oğlu Ö. Ayan tərəfindən qətlə yetirildikdən sonra parçalara ayrılaraq sözügedən ərazidə gizlədilib.
Cinayətlə əlaqədar ümumilikdə üç şübhəli şəxs saxlanılıb.
Faktla bağlı genişmiqyaslı araşdırma aparılır.
Gülbəniz Səfərova
102info.az
