AFB Bank, Yelo Bank və AccessBank – Ən çox ŞİKAYƏT EDİLƏN BANKLAR

Sosial

Azərbaycan Mərkəzi Bankı bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə 2026-cı ilin iyun ayına dair şikayət indeksini açıqlayıb. Hesabat banklar üzrə şikayət göstəricilərində ciddi fərqlərin olduğunu ortaya qoyur.

Patrul.az xəbər verir ki, Mərkəzi Bankın yayımladığı statistikaya əsasən, iyun ayında şikayət indeksinə görə AFB Bank ASC 2,27 göstərici ilə ilk sırada qərarlaşıb.

İkinci yerdə Yelo Bank ASC (2,06), üçüncü yerdə isə AccessBank QSC (1,99) yer alıb.
İlk beşliyi Bank of Baku ASC (1,92) və Unibank ASC (1,85) tamamlayır.

Siyahıda daha sonra Expressbank ASC, Yapı Kredi Bank Azərbaycan QSC, Bank VTB Azərbaycan ASC, Rabitəbank ASC və Xalq Bank ASC yer alır.

Qeyd edək ki, Mərkəzi Bankın şikayət indeksi bankların bazar payı nəzərə alınmaqla hesablanır və bank xidmətlərindən istifadə zamanı tənzimləyici quruma daxil olan müraciətlər əsasında formalaşdırılır. Bu səbəbdən indeks yalnız ümumi şikayət sayını deyil, bankın fəaliyyət miqyası ilə müqayisədə şikayətlərin nisbətini əks etdirir.
2026-cı ilin iyun ayı üzrə Mərkəzi Bankın açıqladığı şikayət indeksi cədvəlini təqdim edirik.

media-img-20260716-wa0100

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir