
Bir neçə gün əvvəl Bakının Nərimanov rayonu ərazisində fəaliyyət göstərən Buxur restoranının qarşısında bir qadın və bir kişi arasında baş verən insidenti əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
Patrul.az hadisənin təfərrüatlarını öyrənmək məqsədilə sözügedən ünvanda olub. Restoran nümayəndəsinin bildirdiyinə görə, qadın restorana daxil olarkən həyat yoldaşını başqa bir qadınla əyləşmiş vəziyyətdə görüb. Bundan sonra tərəflər arasında mübahisə yaranıb və insident baş verib.
Qeyd edək ki, bu məlumat restoran nümayəndəsinin iddiasıdır və rəsmi təsdiqini tapmayıb.
Əldə etdiyimiz məlumata görə, faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Patrul.az olaraq qarşı tərəfin və hüquq-mühafizə orqanlarının rəsmi mövqeyini də dərc etməyə hazırıq.
102info.az
