Elnur Məmmədov: “Əsas problem qanunların tətbiqindədir, cəzanın ağırlığında yox”

Cəmiyyət Kriminal

Son dövrlər məişət zorakılığı və qadınlara qarşı törədilən ağır cinayətlərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Cəmiyyətdə bu cür halların qarşısının alınması üçün cəzaların sərtləşdirilməsinin kifayət edib-etmədiyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Mövzu ilə bağlı Patrul.az hüquqşünas Elnur Məmmədovun fikirlərini öyrənib.

Hüquqşünas bildirib ki, məişət zorakılığı və qadınlara qarşı törədilən ağır cinayətlər cəmiyyət üçün ciddi təhlükə yaradan hüquq pozuntularıdır:

“Bu baxımdan, təkcə cəzaların artırılması problemin tam həlli hesab oluna bilməz. Əsas məsələ mövcud qanunvericiliyin effektiv tətbiqi, risklərin vaxtında qiymətləndirilməsi, mühafizə orderlərinin operativ verilməsi və zərərçəkənlərin real müdafiəsinin təmin edilməsidir”.

media-img-20260716-wa0011

E.Məmmədov qeyd edib ki, Azərbaycan qanunvericiliyində məişət zorakılığı və insan həyatına qəsd edən əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulub:

“Lakin təcrübə göstərir ki, preventiv mexanizmlərin gücləndirilməsi, hüquq-mühafizə orqanlarının çevik reaksiyası, təkrar zorakılıq hallarına qarşı daha sərt yanaşma və zərərçəkənlərin hüquqi-sosial müdafiəsinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.

Həmsöhbətimiz vurğulayıb ki, “nəticə etibarilə, cəzaların müəyyən hallarda sərtləşdirilməsi müzakirə oluna bilər:

“Bununla yanaşı, ən effektiv nəticə qanunların ardıcıl tətbiqi, profilaktik tədbirlərin gücləndirilməsi və zərərçəkənlərin təhlükəsizliyini təmin edən mexanizmlərin təkmilləşdirilməsi ilə əldə oluna bilər”.

Ləman Sərraf

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir