“Temu”nun Azərbaycandakı fəaliyyəti məhdudlaşdırıla bilər? – AÇIQLAMA

Baş səhifə

Ölkəmizdə “Temu” platformasının fəaliyyətində ciddi qanun pozuntusu şübhələri aşkarlanıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi platformanın sahibi olan “PDD Holdings” şirkətinə qarşı rəsmi araşdırmaya başlayıb. Araşdırma rəqabət qanunvericiliyinin pozulması, xüsusilə də inhisarçı qiymət siyasətinin tətbiqi ehtimalı ilə bağlı aparılır.

Araşdırmanın nəticəsi olaraq “Temu”nun Azərbaycandakı qiymət siyasətində məcburi dəyişiklik və ya qiymət artımı baş verərsə, bunun yerli istifadəçilərin alış-veriş vərdişlərinə necə təsir göstərəcəyi maraq doğurur.

Bununla bağlı iqtisadçı Xalid Kərimli Patrul.az-a fikirlərini bölüşüb. O bildirib ki, Azərbaycanda bazarda inhisarçılıq meyllərinin qarşısının alınması və sağlam rəqabət mühitinin təmin olunması istiqamətində fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (Rəqabət Agentliyi) geniş səlahiyyətlərə malikdir. Məhz buna görə də Rəqabət Məcəlləsinə əsasən, aşkar olunan pozuntunun xarakterindən asılı olaraq, agentlik hətta “Temu”nun Azərbaycandakı fəaliyyətini məhdudlaşdıra bilər:

“Əgər Rəqabət Məcəlləsinin pozulması və ya haqsız üstünlüyün əldə edilməsi faktı müəyyən olunarsa, Rəqabət Agentliyinin həmin məcəlləyə əsasən şirkətin fəaliyyətini Azərbaycanda məhdudlaşdırmaq səlahiyyəti var. Bunun üçün isə əvvəlcə pozuntuların tərkibi müəyyənləşdirilməlidir”.

media-31cb6b8e3e63c4ebdeb5e4fe9e408519_xalidkerimli

“Rəqabət Agentliyinin kifayət qədər geniş səlahiyyətləri var. Qurum həm şirkətin fəaliyyətini yoxlaya, həm zəruri sənədləri tələb edə, həm də qanun pozuntusu təsdiqlənərsə, “Temu”nun fəaliyyətini məhdudlaşdıra bilər. Bundan əlavə, şirkətə əldə etdiyi dövriyyə əsasında cərimə də tətbiq oluna bilər”, – deyə iqtisadçı əlavə edib.

Gülbəniz Səfərova

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir