Bərdədə yol hərəkətini təhlükəyə atan motoxuliqan

Cəmiyyət

TikTok platformasında yayılan görüntülərdə Bərdə şəhərinin mərkəzində motosikletlə təhlükəli manevrlər edən şəxs həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi riskə atıb. Həmin şəxs görüntüləri öz şəxsi sosial media hesabında paylaşıb.

Patrul.az xəbər verir ki, kadrlardan da göründüyü kimi, motosiklet sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli hərəkətlər edir. Bu cür davranışlar təkcə sürücünün öz həyatı üçün deyil, eyni zamanda yolda hərəkətdə olan digər sürücülər və piyadalar üçün də ciddi təhlükə yaradır.

Yol hərəkəti qaydalarına riayət olunması hər bir hərəkət iştirakçısının təhlükəsizliyi baxımından vacibdir.

Bu kimi halların qarşısının alınması üçün aidiyyəti qurumların məsələni araşdıraraq qanunvericiliyə uyğun tədbirlər görəcəyinə ümid edirik.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir