
Futbol üzrə 2026-cı il Dünya Çempionatında yarımfinal qarşılaşmalarına yekun vurulub. Turnirin bu mərhələsinədək ən çox qol vuran milli komandaların siyahısı açıqlanıb.
Patrul.az xəbər verir ki, turnirin məhsuldarlıq göstəricisinə görə siyahıya 19 qolla Argentina rəhbərlik edir.
İlk beşlikdə qərarlaşan digər komandaların göstəriciləri aşağıdakı kimidir:
Fransa 16 qol;
Belçika 14 qol;
İngiltərə 14 qol;
İspaniya 13 qol.
Reytinq cədvəlinin sonrakı pillələrində isə Norveç (13 qol), ABŞ (11 qol), Almaniya (11 qol), Niderland (11 qol), Braziliya (10 qol), Mərakeş (10 qol), İsveçrə (10 qol), Meksika (10 qol), Seneqal (10 qol) və Kanada (9 qol) qərarlaşıblar.
Qeyd edək ki, yarımfinal oyunlarının nəticələrinə əsasən, turnirin həlledici matçlarının təqvimi müəyyənləşib. Bürünc medallar uğrunda görüşdə Fransa və İngiltərə yığmaları qarşılaşacaqlar. Dünya çempionluğu uğrunda keçiriləcək böyük final matçında isə Argentina və İspaniya milliləri üz-üzə gələcəklər.
102info.az
