Xızı Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Yeni Yaşma kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib. Görüşdə polis əməkdaşları, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə “Narkomaniyaya yox deyək” mövzusunda çıxış edən RPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi, polis mayoru Orxan Eyvazlı narkotik vasitələrin insanlar üçün yaratdığı ciddi fəsadlardan bəhs edib və narkomaniyanın cəmiyyətin ümumi problemi olduğunu vurğulayıb. O, həmçinin Daxili İşlər Nazirliyi tərəfindən ölkə miqyasında narkotik vasitələrə qarşı həyata keçirilən genişmiqyaslı əməliyyatlar barədə şagirdlərə məlumat verib.
Polis mayoru çıxışı zamanı erkən nikahın mənfi nəticələri barədə də danışaraq, şagirdləri bu hallardan uzaq durmağa çağırıb.
Daha sonra RPŞ-nin digər əməkdaşı, polis polkovnik-leytenantı Oktay Ağacanov Daxili İşlər Nazirliyinin Polis Akademiyası haqqında ətraflı məlumat verib. O, təhsil müəssisəsinin yaranma tarixi, inkişaf mərhələləri, hüquq elminin inkişafına verdiyi töhfələr və daxili işlər orqanlarının ali təhsilli hüquqşünas kadrlarla təmin edilməsindəki rolundan danışıb.
Sonda mövzular ətrafında məktəblilərin sualları cavablandırılıb.



102info.az
