Niyazi Bayramov müalicəsi davam edən hərbçini növbəti dəfə ziyarət edib

Baş səhifə

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir müddət əvvəl Kəlbəcər rayonu ərazisində minaya düşərək xəsarət alan və hazırda müalicəsi Gəncə şəhərindəki özəl xəstəxanaların birində davam edən polkovnik İsbəndiyarov Vüqar Tofiq oğlunu ziyarət edib.

Şəhər rəhbəri Vüqar İsbəndiyarovla söhbət edərək onun səhhəti ilə maraqlanıb, şəfa diləyib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu isə öz növbəsində, göstərilən diqqətə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə və şəhər rəhbərliyinə təşəkkürünü bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir