
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti yenidən yüksəlib.
Patrul.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,83 ABŞ dolları və ya 1,85% artaraq 100,56 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Xatırladaq ki, “Azeri Light” markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
102info.az
