Mərdəkanda sakinlərin zibilliyə çevirdiyi ərazi təmizləndi – FOTOLAR

Sosial

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qılman İlkin küçəsində sökülmüş iki evin həyətindəki zibillik təmizlənib.

Bu barədə Patrul.az-ın sorğusuna cavab olaraq Xəzər Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, ərazi Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) və Mərdəkan qəsəbə nümayəndəliyi tərəfindən təmizlənib.

Xatırladaq ki, təxminən 4-5 ay öncə Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən küçədə yerləşən iki sahibsiz həyət evi və çəpərlər uçurulduqdan sonra ətrafda yaşayan sakinlər ərazini zibilliyə çevirmişdilər.

media-img-20260721-wa0042-1 media-img-20260721-wa0043-1 media-img-20260721-wa0044-1

Gülbəniz Səfərova

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir