
FİFA 2026-cı il Dünya Kubokunun başa çatmasından sonra azarkeşlər arasında keçirilən qlobal səsvermənin nəticələrinə əsasən turnirin rəsmi rəmzi heyətini (“Team of the Tournament”) elan edib.
Patrul.az xəbər verir ki, ali futbol qurumunun yaydığı məlumata görə, rəsmi rəmzi komanda 4-3-3 sxemi üzrə formalaşdırılıb.
Siyahıda turnirin qalibi İspaniya və Fransa milliləri hərəyə 3 oyunçu ilə üstünlük təşkil edirlər. Finalçı Argentina rəmzi heyətdə 2 futbolçu ilə təmsil olunduğu halda, İngiltərə, Norveç və Kabo-Verde hərəyə 1 oyunçu ilə siyahıda yer alıb.
Xəbərin əsas sürprizi qapıçı mövqeyində qeydə alınıb. Turnirin Texniki Komitəsi rəsmi olaraq “Qızıl Əlcək” mükafatını İspaniya millisinin qapıçısı Unai Simona təqdim etsə də, qlobal azarkeş səsverməsinin qalibi Kabo-Verde yığmasının 40 yaşlı qapıçısı Vozinha olub və rəsmi 11-liyə düşməyi bacarıb.
Dünya Kubokunun rəsmi rəmzi heyəti aşağıdakı kimidir:
Qapıçı: Vozinha (Kabo-Verde)
Müdafiəçilər: Pedro Porro (İspaniya), Lisandro Martinez (Argentina), Dayot Upamecano (Fransa), Mark Kukurella (İspaniya)
Yarımmüdafiəçilər: Rodri (İspaniya), Jude Bellingham (İngiltərə), Michael Olise (Fransa)
Hücumçular: Lionel Messi (Argentina), Kilian Mbappe (Fransa), Erling Haaland (Norveç)
Qeyd edək ki, rəmzi komandada yer alan İspaniya millisinin yarımmüdafiəçisi Rodri turnirin ən yaxşı oyunçusu, 10 qol vuran fransalı hücumçu Kilian Mbappe isə turnirin “Qızıl Buts” mükafatının sahibi olub.
102info.az
