“Ahbap” əməliyyatı genişlənir: Bu məşhurların adı da istintaqda hallanır

Şou-biznes

Türkiyədə aparılan “Ahbap Cinayət Təşkilatı” istintaqı çərçivəsində aralarında məşhur simaların da olduğu 54 şübhəlidən 28-i, o cümlədən dərnəyin qurucusu müğənni Haluk Levent və media maqnatı Oğuzhan Uğur rəsmən həbs edilib.

Patrul.az xəbər verir ki, əməliyyatın genişləndirilməsi ilə saxlanılanlar və ifadəsi alınacaq şəxslər arasında jurnalist, televiziya aparıcısı Fatih Altaylı; komediya aktyoru, rejissor Şahan Gökbakar; jurnalist, araşdırmacı Ruşen Çakır; aktrisa Hazal Kaya; jurnalist Özlem Gürses və youtuber Fatih Koparan da var.

Onu da bildirmək lazımdır ki, “Ahbap Dərnəyi” adından toplanan ianələrin şübhəlilərin hesablarına köçürüldüyü iddiaları ilə bağlı aparılan araşdırmada Ece Üner, Fatih Portakal, Feyza Altun, Gökhan Özoğuz və Öykü Serter dünən ifadə vermək üçün prokurorluğa çağırılıblar.

“Ahbap” istintaqı nədir?

Türkiyədə icra edilən “Ahbap Cinayət Təşkilatı” istintaqı, 2023-cü ilin fevral zəlzələləri dönəmində xeyriyyə məqsədilə toplanan milyardlarla lirəlik ianə vəsaitlərinin təyinatından kənar istifadəsi və mənimsənilməsi şübhəsi ilə başladılıb. İstanbul Baş Prokurorluğu və Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin keçirdiyi bu əməliyyat media və sənət dünyasını sarsıdıb. İstintaq çərçivəsində şübhəlilərə qarşı mütəşəkkil cinayətkarlıq, ağır dələduzluq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb. MASAK tərəfindən hazırlanan ekspert hesabatları və texniki müşahidələr nəticəsində rəsmi gəlirlərlə uyğunsuzluq təşkil edən on milyonlarla lirəlik şübhəli pul dövriyyəsi, toplanan ianələrin xarici qumar və qanunsuz mərc saytlarında itirilməsi, həmçinin pulların izini itirmək üçün qısa müddətdə zəncirvari daşınmaz əmlak alqı-satqılarının həyata keçirildiyi ifşa olunub.

Gülbəniz Səfərova

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir