Maaş limiti olmayacaq: Klublar gəlirlərinin neçə faizini xərcləyə biləcəklər? – YENİ QAYDALAR

İdman

UEFA maliyyə feyr-pleyini ləğv etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu yeni qaydalar tətbiq edəcək.

Yayılan xəbərlərə görə, maaş limiti olmayacaq, klublar 3 mövsüm ərzində gəlirlərinin 70 faizindən çoxunu xərcləyə biləcəklər. Maliyyə qaydalarını pozan avrokubok iştirakçılarının mübarizə apardığı turnirdən digərinə (Çempionlar Liqasından Avropa Liqasına, Avropa Liqasından Konfrans Liqasına) düşməsi ehtimalı olacaq.

Digər cəza tədbiri Çempionlar Liqası və Avropa Liqasının yenilənmiş formatına uyğun olaraq, klubdan xalların silinməsi ola bilər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir