Hüseyn Cavid parkında vətəndaşların üzərinə aşan ağac ərazidən götürüldü – FOTOLAR

Cəmiyyət Sosial

Bakıda Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən Hüseyn Cavid parkında vətəndaşların üzərinə aşan ağacla bağlı tədbir görülüb.

Bu barədə Patrul.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən ağac idarənin əməkdaşları tərəfindən ən qısa zamanda ərazidən kənarlaşdırılıb.

“Həmçinin qeyd edirik ki, həmin ağacın götürülməsi ilə bağlı müvafiq dövlət qurumunun rəyi olmadığından onun daha öncə tərəfimizdən kəsilməsi mümkün olmamışdır”, – deyə qurumdan bildirilib.

Xatırladaq ki, ötən gecə parkda qurumuş ağac oturacaqda əyləşən vətəndaşların üzərinə aşıb. Hadisə nəticəsində orada olan iki dostdan biri bel nahiyəsindən ciddi zədə alıb, bədənində xəsarətlər yaranıb.

media-img-20260710-wa0023 media-img-20260710-wa0025 media-img-20260710-wa0026

Gülbəniz Səfərova

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir