Xameneinin dəfn mərasimində Tramp təsvirli LEGO fiquru yandırıldı – VİDEO

Dünya

İranda ABŞ Prezidenti Donald Trampı təsvir edən LEGO fiquru yandırılıb.

Patrul.az xəbər verir ki, hadisə iyulun 9-da İranın Məşhəd şəhərində, Ayətullah Əli Xameneinin dəfn mərasimi çərçivəsində İmam Rza hərəmi yaxınlığında keçirilən izdihamlı yürüş zamanı baş verib.

Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb.

Mərasim zamanı təkcə LEGO fiquru yandırılmayıb, Tehranda keçirilən vida tədbirlərində üzərində ingilis dilində “Blood will be spilled” (“Qan töküləcək”) və “Kill Trump” (“Trampı öldürün”) şüarları yazılmış, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun hədəf nişangahında təsvir olunduğu iri plakatlar da nümayiş etdirilib.

ABŞ Prezidenti Donald Tramp isə Cənubi Dakotada Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı İrandakı dəfn mərasimlərinə münasibət bildirib. O, milyonlarla insanın Xamenei üçün matəm saxlamasına təəccübləndiyini ifadə edərək, “Mən insanların ondan nifrət etdiyini düşünürdüm” deyib.

Xatırladaq ki, Ayətullah Əli Xamenei 28 fevral 2026-cı ildə Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həlak olub. Sonradan ABŞ və İran arasında baş verən hərbi qarşıdurma səbəbindən təhlükəsizlik tədbirləri dəfn mərasiminin təxirə salınmasına səbəb olub.

İyulun 4-5-də Tehranda vida mərasimləri keçirilib, 7 iyulda cənazə Qum şəhərinə aparılıb. Şiə dini icmasının xahişi ilə daha sonra İraqın Nəcəf və Kərbəla şəhərlərində də matəm mərasimləri təşkil olunub. İyulun 9-da isə Məşhəddə keçirilən son yürüşdən sonra Əli Xamenei İmam Rza hərəmində, sabiq prezident İbrahim Rəisinin məzarı yanında dəfn edilib. İzdihamın çoxluğu səbəbindən tabutun məqbərəyə çatdırılması üçün helikopterdən istifadə olunub.

Gülbəniz Səfərova

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir