BMT: İyun ayı Ukraynada mülki əhali üçün son 4 ilin ən ölümcül dövrü olub

Dünya

İyun ayı Ukraynada tammiqyaslı müharibə başlayandan bəri mülki əhali üçün ən dağıdıcı və ölümcül dövrlərindən birinə çevrilərək ümumi itki sayında rekord həddə çatıb.

Patrul.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının son hesabatında məlumat verilib.

Bildirilib ki, təkcə 2026-cı ilin iyun ayında Rusiyanın hücumları nəticəsində azı 265 mülki şəxs həlak olub, 1 816 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ay ərzində ümumi mülki itki 2 081 nəfərə çatıb ki, bu da son 4 ilin ən yüksək göstəricisidir.

Narahatedici dinamika iyul ayında da davam edib. Təkcə iyulun 2-si və 6-da Kiyevə və digər şəhərlərin mülki yaşayış məntəqələrinə endirilən kütləvi raket zərbələri nəticəsində qurbanların sayı daha ən azı 50 nəfər artıb.

Qeyd edək ki, 2022-ci il 24 fevral tarixindən başlayan Rusiya-Ukrayna münaqişəsindən bəri ümumilikdə, Ukraynada tam təsdiqlənmiş mülki itkilərin sayı 16 402 nəfərə çatıb. Onların 802-si uşaqdır. Bundan əlavə, daha 48 428 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Gülbəniz Səfərova

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir