UEFA Avropa Liqası: “Qarabağ” “Vestri” ilə oyunda hesabı açıb – YENİLƏNİB

İdman

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisi “Qarabağ” və İslandiyanın “Vestri” klubları qarşılaşır.

Patrul.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda hesabı Ağdam təmsilçisi açıb. Azərbaycan çempionu gərgin keçən mübarizədə rəqib qapısına yol taparaq qarşılaşmada 1:0 hesabı ilə önə keçib.

Qeyd edək ki, matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitaridir.

Tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Bu cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Matç davam edir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir