Elmlər Akademiyası bağında yararsız ağac vətəndaşın üstünə aşdı

Hadisə

Patrul.az-ın qaynar xəttinə daxil olan şikayətdə vətəndaş bildirir ki, dünən axşam saatlarında dostu ilə birlikdə asudə vaxt keçirmək üçün Elmlər Akademiyası bağında skamyada əyləşiblər. Bir neçə dəqiqə sonra yararsız vəziyyətdə olan ağac qəfil aşaraq onların üzərinə düşüb.

Hadisə nəticəsində vətəndaşın dostu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bildirilir ki, zərərçəkənin bel nahiyəsində müxtəlif dərəcəli yaralar əmələ gəlib.

Ümid edirik ki, Yasamal Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar ərazidəki təhlükə yaradan ağacların vəziyyətini yoxlayacaq və oxşar hadisələrin təkrarlanmaması üçün zəruri tədbirlər görəcəklər.

Nihat Abbasov

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir