“Bayer” “Roma”ya qalib gələrək rekordunu yenilədi – VİDEO

Dünya
Spread the love




UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk görüşləri baş tutub.

Oxu.Az xəbər verir ki, İtaliyanın paytaxtında yerli “Roma” ilə Leverkuzen “Bayer”i üz-üzə gəlib.

Xabi Alonsonun yetirmələri bu görüşdə də qələbə qazanaraq, XXI əsrdə Avropanın bütün turnirlərində məğlubiyyətsizlik seriyasına görə rekordlarını yeniləyiblər – 0:2.

Bununla da, “Bayer” məğlubiyyətsizlik seriyasını 47 oyuna çatdırıb.

“Marsel” – “Atalanta” görüşündə isə qalib müəyyənləşməyib. Komandalar hərəyə bir qol vurmaqla heç-heçəyə razılaşıblar – 1:1.

Qeyd edək ki, hər iki görüşün cavab qarşılaşmaları mayın 9-da keçiriləcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir