Yevlax vağzalında təhlükəli yanğın: Kükürd yüklü vaqon alışdı

Hadisə

Yevlax dəmir yolu vağzalında içərisində kükürd olan yük vaqonunda yanğın baş verib.

Patrul.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 08:50 radələrində qeydə alınıb.

Məlumata görə, hadisə ilə əlaqədar Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax Yanğından Mühafizə Qatarı tərəfindən operativ tədbirlər görülüb.

Yanğın qısa müddətdə söndürülüb, təhlükəsizlik təmin olunub.

Faktla bağlı araşdırma aparılır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir