
Xalq artisti Flora Kərimova müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Patrul.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sənətkarın köməkçisi Əli Davud məlumat verib.
O qeyd edib ki, Flora Kərimovanın səhhəti hazırda yaxşıdır və bağ evinə dincəlməyə gedib:
“Müalicəsi müsbət nəticə verdiyi üçün həkimlərin qərarı ilə evə buraxılıb”.
Xatırladaq ki, Xalq artisti səhhətində yaranan narahatlıq səbəbindən bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Sənətkarın müalicə prosesi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü.
102info.az
