
Gündəlik həyatın qaçhaqaçı, iş stresi və bitmək bilməyən qayğılar bəzən vizual olaraq belə gülümsəməyi bizə unutdurur. Çox vaxt elə düşünürük ki, gülümsəmək üçün mütləq daxildən gələn bir xoşbəxtlik hissi, yaxud bizi güldürəcək bir səbəb olmalıdır. Lakin müasir psixologiya və neyrobiologiya sahəsində aparılan eksperimentlər bunun tam tərsinin də mümkün olduğunu birmənalı şəkildə sübut edir.
Patrul.az-ın insan davranışı və neyro-psixoloji faktorlar üzərində apardığı araşdırmalara görə, daxilən heç bir sevinclə müşayiət olunmasa belə, sadəcə mexaniki olaraq üz əzələlərini hərəkət etdirmək beyni manipulyasiya etmək üçün kifayətdir. Elm dünyasında “Facial Feedback Hypothesis” (Üz idarəetmə hipotezi) adlanan bu fenomen göstərir ki, siz süni şəkildə gülümsəyəndə, üz əzələləriniz infarkt və stress anında bədəni qoruyan neyromediatorları aktivləşdirir. Beyin gülümsəmənin saxta və ya real olduğunu ayırd edə bilmir; o, sadəcə üzdəki əzələ daralmasından siqnalı alır və bədənə “hər şey yolundadır” mesajı ötürərək endorfin və serotonin (xoşbəxtlik hormonları) ifraz etməyə başlayır.
Gülümsəmək sadəcə daxili xoşbəxtliyin bir nəticəsi və ya təzahürü deyil, həm də o hissi birbaşa yaradan bioloji bir mexanizmdir. Əhvalınızın ən aşağı olduğu anlarda belə, bir neçə saniyəlik süni təbəssüm yaratmağa çalışmaq bədəndəki kortizol (stress hormonu) səviyyəsini aşağı salmaq və neqativ emosional vəziyyətdən çıxmaq üçün orqanizminizə verə biləcəyiniz ən sürətli və effektiv komandadır.
Cəmilə Cəfərzadə
102info.az
