
Hər gün istifadə etdiyimiz şampun və diş pastalarının bol köpüklənməsi onların keyfiyyətli təmizləməsindən deyil, istehsalçıların bizə oynadığı vizual oyundan ibarətdir.
Patrul.az-ın araşdırmalarına görə:
Məhsulların tərkibinə əlavə edilən Sodium Laureth Sulfate kimi kimyəvi maddələr təmizliyə heç bir töhfə vermir, sadəcə süni köpük yaradır. Kimya sənayesində və kosmetikada aparılan monitorinqlər göstərir ki, şirkətlər bu üsulla istehlakçıda psixoloji “təmizlik hissi” oyadaraq məhsul asılılığı yaradırlar. Əslində isə bu bol kimyəvi köpük diş minasına və baş dərisinə mikroskopik zərər vurmaqla yanaşı, həm də ciddi dəri quruluğuna səbəb olur.
Köpük keyfiyyət göstəricisi deyil, marketinq hiyləsidir; sağlamlığınızı qorumaq üçün gündəlik baxım vasitələrində köpüyün miqdarına deyil, tərkibindəki SLS-siz təbii maddələrə diqqət yetirməlisiniz.
Cəmilə Cəfərzadə
102info.az
