Ağdərədə sərnişin avtobusu qəzaya düşdü: Çoxsaylı yaralı var

Hadisə

Ağdərə rayonunda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Patrul.az APA-ya istinadən verilən məlumata görə, avtobusun aşması nəticəsində çoxsaylı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Ağdam və ətraf rayonlardan göndərilən briqadaların köməyi ilə xəstəxanalara çatdırılır.

Qəzanın başvermə səbəbi, xəsarət alanların dəqiq sayı və digər təfərrüatlar aidiyyəti qurumlar tərəfindən araşdırılır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir