Telefonunu maşına çırpıb pul tələb edirdi, saxlanıldı

Baş səhifə

Bakıda əlindəki telefonu qəsdən hərəkətdə olan avtomobilə vuraraq sonradan sürücüdən pul tələb edən şəxs saxlanılıb.

Patrul.az-ın əldə etdiyi məlumata görə, onun şəxsiyyəti polis tərəfindən müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində həmin şəxsin əvvəllər soyğunçuluq və oğurluq əməllərinə görə məhkum olunmuş 1987-ci il təvəllüdlü Elman Hüseynov olduğu müəyyən edilib.

Araşdırmalarla onun müxtəlif oxşar üsullarla vətəndaşları aldadaraq maddi vəsait əldə etməyə cəhd göstərdiyi məlum olub.

Qeyd olunub ki, onun qanunsuz əməlləri ilə bağlı araşdırma aparılır, barəsində hüquqi məsuliyyət tədbirləri görülür.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir