Bankların kart əməliyyatlarında yaranan problemlə bağlı “Azericard”dan AÇIQLAMA

Sosial

Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem “Azericard” MMC-dən qaynaqlanmır.

Patrul.az xəbər verir ki, bu barədə “Azericard” MMC-nin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı “Azericard”dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb:

“Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq”.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı, “AccessBank” və “ExpressBank”da bəzi kart əməliyyatları ilə bağlı texniki problem yaşanır. Bundan əlavə, “Yelo Bank”ın mobil tətbiqində problem yaranıb.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir