
“Repetitorluq pis bir şey deyil. Biz istəmirik ki, müəllimlərimiz səhər müəllim, günorta repetitor olsunlar”.
Patrul.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirin sual-cavab sessiyasında deyib.
Nazir qeyd edib ki, müəllim məktəbə gəlib şagirdə “müştəri” gözü ilə baxmamalıdır:
“O, sinfə girib düzgün dərs deməlidir. Müəllim öz dərsini yaxşı dedikdən sonra repetitorluq edirsə, valideynlər bunun üçün əlavə pul ödəyib övladının daha yaxşı öyrənməsini istəyirsə, burada problem yoxdur. Repetitorluğun təhsil sisteminin keyfiyyəti ilə əlaqəsi yoxdur
102info.az
