
Müasir dövrdə smartfonlar artıq sadəcə ünsiyyət vasitəsi deyil, insanın gündəlik həyatının demək olar ki, bütün izlərini saxlayan rəqəmsal yaddaşa çevrilib. Bir çox hallarda telefonlar sahibinin davranışlarını, maraqlarını və gündəlik hərəkətlərini çox daha dərindən analiz edə bilir.Sosial şəbəkələrdə baxılan videolar, gecə saatlarında edilən axtarışlar və tətbiqlərdə keçirilən vaxt belə alqoritmlər tərəfindən “zövq profili” kimi toplanır və insanın hətta ailəsinin bilmədiyi şəxsi maraqları belə rəqəmsal şəkildə üzə çıxarılır.
Patrul.az araşdırmalarına əsasən, smartfonlar istifadəçinin axtarış tarixçəsi, yerləşmə məlumatları, sosial şəbəkə aktivliyi və tətbiq istifadəsi kimi məlumatları toplayaraq onun gündəlik həyat tərzi haqqında geniş profil formalaşdırır. Bu məlumatlar reklam sistemlərindən tutmuş müxtəlif tətbiqlərin fərdiləşdirilməsinə qədər bir çox sahədə istifadə olunur və bəzən insanın özünün belə fərq etmədiyi davranışlarını üzə çıxarır.
Nəticə olaraq, telefonlar bəzən insanın özü qədər, hətta ondan da dəqiq rəqəmsal “portretini” yarada bilir və bu, şəxsi məlumatların qorunmasının nə qədər vacib olduğunu bir daha göstərir.
Cəmilə Cəfərzadə
102info.az
