Azərbaycanda dörd aydır atası tərəfindən qaçırılan azyaşlı tapıldı – VİDEO

Cəmiyyət
Spread the love

Azərbaycanda dörd aydır atası tərəfindən qaçırılaraq gizlədilən uşaq anasına qaytarılıb.

Bu barədə Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində məlumat verilib.

Belə ki, dörd aydır axtarışda olan Bəhruz Cabbarov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən saxlanılıb.

Azyaşlı isə anasına qaytarılıb.

Qeyd edək ki, atanın spirtli içki və narkotik maddə istifadə etdiyi iddia olunur. Boşanma zamanı məhkəmə altı yaşlı Vəliyəddin Cabbarovun himayəsini anasına verib.

Ətraflı süjetdə:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir