Tovuzda yol qəzası olub, baba və nəvə xəsarət alıb

Cəmiyyət
Spread the love


Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər – 1957-ci il təvəllüdlü V.Hüseynov və nəvəsi 2009-cü il təvəllüdlü E.Hüseynov xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir