Paytaxtda yük və minik avtomobilləri toqquşdu

Cəmiyyət
Spread the love


Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən BMW markalı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini yük maşınına çırpıb. Hadisə nəticəsində minik avtomobili yararsız hala düşüb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir